Yeni roman nəşr edildi - "Su sərgisi"

Sərdar Aminin "Su sərgisi" romanı nəşr olunub

Yazıçı Sərdar Aminin "Su sərgisi" romanın təqdimat mərasimi olacaq. Tədbir, dekabrın 15-i, saat 15:00-da Dillər Universitetinin akt zalında baş tutacaq.

AzNews.az-ın məlumatına görə, roman, ömrünə 1 ay qaldığını öyrənən gəncin son günlərini sərgiləyir.

Ölüm qarşısında laqeydləşən gənc son ümid kimi türkçarəçi qocadan xəstəliyini gizləyir. Bu yalandan xəbər tutan müdrik isə gəncə artıq sağaldığını deyərək, yalana yalanla cavab verir. İki müqəddəs yalan bir həyatı xilas edəcəkmi?

Bəs təbiət - o, hər an insanla vəhdət deyilmi?

Bunun üçün sıradan bir addım kənara çıxıb köks ötürmək yetərmiş...

Səma, ölüm, qadın, su... Sərdar Aminin romanı yer-göylə əlləşən gəncin bulanlıq mübarizəsindən bəhs edir.

Qeyd edək ki, "Su sərgisi" Sərdar Aminin ikinci romanıdır. Müəllifin "Qaratoyuq nəğməsi" (2013) romanı və "Şeiraltı" (2015) şeirlər toplusu nəşr olunub.

AzNews.az