Buna səbəb, Hartın seksual azlıqlarla bağlı dediyi fikrin yaratdığı əks təsir olub Buna səbəb, Hartın seksual azlıqlarla bağlı dediyi fikrin yaratdığı əks təsir olub

Kevin Hart “Oskar”ın aparıcısı olmaq istəmədi

Buna səbəb, Hartın seksual azlıqlarla bağlı dediyi fikrin yaratdığı əks təsir olub

Amerika aktyoru Kevin Hart “Oskar” mükafatının 2019-cu ildə keçiriləcək təqdimetmə mərasimində aparıcısı olmaqdan imtina edib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə buna səbəb Hartın seksual azlıqlarla bağlı dediyi fikrin yaratdığı əks təsir olub.

Aktyor Kevin Hart “Amerikan ailəsi” serialı, “Çox dəhşətli kino”, “Cumanci: Cəngəlliyin harayı”, “Dəfn mərasimində ölüm” və başqa filmlərdəki rolları ilə tanınır.

Xatırladaq ki, “Oskar” kino mükafatının təqdim etmə mərasiminin aparıcılığı Kevin Harta təklif olunmuşdu.

AzNews.az