Hüseyn Cavidin "İblis" əsəri İstanbul Böyükşəhər Bələdiyyəsinin Şəhər Teatırında səhnələşdiriləcək. Hüseyn Cavidin "İblis" əsəri İstanbul Böyükşəhər Bələdiyyəsinin Şəhər Teatırında səhnələşdiriləcək.

İstanbulda Hüseyn Cavidin “İblis” tamaşası səhnəyə qoyulacaq - FOTOLAR

Hüseyn Cavidin "İblis" əsəri İstanbul Böyükşəhər Bələdiyyəsinin Şəhər Teatırında səhnələşdiriləcək.

Teatr kollektivi artıq tamaşanın məşqlərinə başlayıb və “İblis” tamaşası 2019-cu ilin fevral ayında teatrsevərlərə təqdim olunacaq. Şəhər Teatrlarının direktor müavini, aktrisa Məlahət Abbasovanın rejissorluğu ilə səhnələşdirilən tamaşada texnalogiyanın yeniliklərindən istifadə olunub. Müxtəlif mepinklər və səhnə işıqlandırması ilə “İblis” tamaşası bir qədər fərqli formatda təqdimatı planlaşdırılır. Əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin və Məlahət Abbasova tamaşanın baş məsləhətçisi, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevanın böyük dəstək verdiyini deyiblər.

M. Abbasova “Report”a müsahibəsində bildirib ki, tamaşada Türkiyənin tanınmış aktyorları yer alıb. Aktyorlar Rıdvan Çələbi, Arifi Gənc, Əmrə Narcı, Nurseli Tırışkan, Şənay Bağ tamaşada yer alaacqlar. Tamaşanın musiqi tərtibatçısı isə Xalq artisti Aygün Səmədzadədir.(report.az)

© AzNews.az

image description image description image description