Yazıçı Azər Qismətin “Çuğullar” adlı yeni romanı dərc edilib Yazıçı Azər Qismətin “Çuğullar” adlı yeni romanı dərc edilib

Azər Qismətin “Çuğullar”ı gəldi

Yazıçı Azər Qismətin “Çuğullar” adlı yeni romanı dərc edilib

AzNews.az-ın məlumatına görə kitab “Xan” nəşriyyatında çıxıb.

Əsərdə baş verən hadisələr bir gəncin mənəvi dəyərlərlə gerçək tələblər arasındakı təbəddülat hisslərindən bəhs edir. Onun sındırılması üçün istər psixoloji, istərsə də fiziki təzyiq vasitəsinə əl atılır. Tələb isə çuğulluqdur.

Qeyd edək ki, kitabın dərc edilməsinin təşəbbüskarı Müşfiq Xan, redaktoru Səbuhi Şahmursoydur.

“Çuğullar” müəllifin sayca ikinci kitabıdır.

Kitabı şəhərin kitab mağazalarından əldə edə bilərsiz.

AzNews.az