Kitabda əsasən tərəkəmə həyatından bəhs edən hekayələr toplanıb Kitabda əsasən tərəkəmə həyatından bəhs edən hekayələr toplanıb

Qəşəm Nəcəfzadənin hekayələri kitab oldu - “O qara, əyri bulud”

Kitabda əsasən tərəkəmə həyatından bəhs edən hekayələr toplanıb

Qəşəm Nəcəfzadənin “O qara, əyri bulud” hekayələr kitabı çap olunub.

AzNews.az-ın məlumatına görə, kitabın redaktoru və ön sözün müəllifi yazıçı Kəramət Böyükçöldür.

“Elm və Təhsil” nəşriyyatında çap olunmuş kitabda əsasən tərəkəmə həyatından bəhs edən hekayələr toplanıb.

Tərəkəmə camaatının xarekteri, düşüncə və təfəkkürü, yurd yerləri, comərdliyi, folkloru, adət-ənənəsi hekayələrin baş mövzusudur. Hekayələrdə yaşadığımız həyatın ürək çırpıntıları, müharibənin insan təfəkküründə açdığı yaralar təsvir olunur. Əsərlərin əsas ideyası dinindən, dilindən, irqindən asılı olmayaraq əzab içində çırpınan insana kömək durmaq, onun düşüncəsindəki insanlıq duyğularını ayağa qaldırmaq və hətta qəddar olanları da öz qəddarlığından xilas etməkdir.

AzNews.az