Hüseyn Cavidin xatirə gecəsi olacaq

“Şeyx Sənan” və “İblis” pyeslərindən səhnəciklər göstəriləcək

Dekabrın 14-də, saat 19:00-da Bakı Kitab Mərkəzində dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin xatirəsinə həsr olunmuş gecə keçiriləcək.

AzNews.az xəbər verir ki, tədbirdə Bakının müxtəlif məktəblərinin şagirdləri Cavidin şeirlərini xarici dillərdə oxuyacaq, onun həyat və yaradıcılığı barədə danışacaq, “Şeyx Sənan” və “İblis” pyeslərindən səhnəciklər göstərəcəklər.

Tədbirdə, həmçinin, muğam və klassik musiqi səslənəcək, İncəsənət Gimnaziyanın şagirdlərinin əsərlərindən ibarət sərgi nümayiş olunacaqdır

Səidə Nurməmmədli
AzNews.az