527 səhifədən ibarət əsəri dilimizə Mir Cəlal Zəki tərcümə edib 527 səhifədən ibarət əsəri dilimizə Mir Cəlal Zəki tərcümə edib

“Xosrov və Şirin” Azərbaycan dilində: Tərcümə ədəbiyyatımızda yenilik

527 səhifədən ibarət əsəri dilimizə Mir Cəlal Zəki tərcümə edib

Nizami Gəncəvinin “Xosrov və Şirin” əsəri Azərbaycan dilində tərcümə edilərək çap edilib.

AzNews.az-ın məlumatına görə, əsəri fars dilindən nizamişünas alim, şair və tərcüməçi Mir Cəlal Zəki çevirib.

Əsər İran Mədəniyyət Mərkəzinin sifarişi, AMEA-nın rəsmi icazəsi ilə nəşr olunub. “Qanun nəşriyyatı”nda çap edilən 527 səhifəlik kitab, elmi dairələr və ədəbiyyatsevərlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Xosrov və Şirin”in hazırkı tərcüməsi indiyədək edilmiş tərcümələrdən bir sıra özəlliyi ilə fərqlənir. Belə ki, Şərq poeziyasının incəliklərinə bələd olan tərcüməçi Mir Cəlal Zəki, poemanın orijinal vəznini, qafiyəsini və bədii incəlikləri maksimum dərəcədə saxlamağa çalışıb və bu ağır və məsuliyyətli işin öhdəsindən uğurla gələ bilib.

Bu isə tərcümə ədəbiyyatımızda yenilikdir.


tərcüməçi: Mir Cəlal Zəki

AzNews.az