- Mədəni adam
- 13 Dekabr 2018 16:19
- 4 031
Elmira Axundova: 6-7-ci sinifdə oxuyanda başa düşdüm ki... VİDEO
"Məndən güclü balerina olmayacaq”
“ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin qonaqları millət vəkili, yazıçı-publisist Elmira Axundova ilə 9 yaşlı nəvəsi Elmir olub.
Uşaqlıq illərindən danışan Elmira xanım maraqlı açıqlamaları ilə diqqət çəkib. O, balerina olmaq arzusunda olduğunu, lakin sonradan gözünün zəifliyi səbəbindən istəyinə nail olmadığını bildirib:
“Balerina olmaq istəyirdim, lakin 6-7-ci sinifdə oxuyanda başa düşdüm ki, məndən güclü balerina olmayacaq”.
Veriliş boyu millət vəkili ilə nəvəsi arasında maraqlı söhbət olub.
“Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də ölkənin ilk uşaq kanalı “ARB Günəş”də yayımlanır.
AzNews.az