YUNESKO Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabatı qəbul edib YUNESKO Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabatı qəbul edib

YUNESKO Azərbaycanla bağlı hesabat qəbul etdi

YUNESKO Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabatı qəbul edib

YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il tarixli Konvensiyası çərçivəsində Azərbaycanın son 5 illik fəaliyyətinə dair həsabat nəzərdən keçirilib.

AzNews.az-ın məlumatına görə hesabatın bütün kriteriyalara uyğun, eləcə də məlumat baxımından dolğun və peşəkar hazırlandığını nəzərə alınaraq, Hökumətlərarası Komitə tərəfindən təsdiqlənib.

Hesabatda ölkədə mədəniyyət və yaradıcılıq sahəsində son illərdə görülən işlər, qəbul olunan sənədlər və təşviqedici fəaliyyət barədə məlumat öz əksini tapıb.

Məlum olduğu kimi, 2018-ci ilin 11-14 dekabr tarixində Paris şəhərində YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası keçirilir.

Sessiyada Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, AR YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov, eləcə də AR Mədəniyyət Nazirliyinin və YUNESKO yanında Daimi Nümayəndəliyinin digər əməkdaşları iştirak edir.

YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası dekabrın 14-ə qədər davam edəcək.

AzNews.az