- Mədəni adam
- 15 Dekabr 2018 11:29
- 5 603
Cəfər Cabbarlı haqda film çəkilir - FOTO

“Aranfilm”də Cəfər Cabbarlı haqqında sənədli film çəkilir
ARB "Aranfilm" Yaradıcılıq Mərkəzi görkəmli dramaturq Cəfər Cabbarlının həyatından və istiqlalçı fəaliyyətindən bəhs edən filmin çəkilişlərinə başlayıb.
AzNews.az-ın məlumatına görə filmdə C. Cabbarlının Rusiya İmperiyası, Azərbaycan Cümhuriyyəti və Sovet hakimiyyəti dövründə ədəbi və siyasi proseslərdə fəal iştirakı ekrana gətiriləcək.
Filmin rejissoru Babək Abbaszadə, operatoru Rafiq Əliyev, məsləhətçisi professor Asif Rüstəmli, icraçı prodüseri Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.
Filmdə Cəfər Cabbarlı rolunu aktyor Şəmistan Süleymanlı ifa edir.
Qeyd edək ki, filmin ədibin 120 illik yubileyi ərəfəsində təqdim olunması planlaşdırılır.
AzNews.az
.jpg)
.jpg)
.jpg)