Gənc şair Tural Turanın şeirlər kitabının təqdimatı olub Gənc şair Tural Turanın şeirlər kitabının təqdimatı olub

"Və bütün qaranlıq otaqlar" təqdim edildi

Gənc şair Tural Turanın şeirlər kitabının təqdimatı olub

Dekabrın 15-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə AYB-nin üzvü, gənc şair Tural Turanın "...Və bütün qaranlıq otaqlar" adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.

AzNews.az-ın məlumatına görə tədbiri giriş sözü ilə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açıb və Azərbaycan müasir ədəbi mühitindən bəhs edən nitq söyləyib.

Eyni zamanda Milli Kitabxananın artıq iki ildir gənc yazarlara tədbirlərin keçirilməsində dəstək olmasını xüsusi vurğulayıb.

Sonra tədbiri idarə etmək üçün sözü yazıçı Kənan Hacıya verib.

Kənan Hacı çıxışında Tural Turanın ədəbi gənclik camiasında özünəməxsus yeri olduğunu qeyd edərək onun şeirlərinin bədii məziyyəti haqqında ətraflı fikir sərgiləyib.

Tədbirdə tanınmış qələm adamları, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib.

Mərasim zamanı ədəbiyyat və ictimaiyyət nümayəndələrindən Azər Qismət, Azərbaycan Dillər Universitetinin dekanı, filoloq Bənövşə Məmmədova, DANİB sədri Elməddin Behbud, Seyran İsmayıl, Ulucay Akif, Fuad Cəfərli, Şahanə Müşfiq, Emil Rasimoğlu və digərləri çıxış edərək Tural Turanın şeirlərindən danışıb və uğurlar arzulayıblar.

Sonda kitablar imzalanıb və müəlliflə xatirə şəkilləri çəkdirilib.

AzNews.az