“Doğma diyar” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq “Doğma diyar” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

Uşaqların rəsm müsabiqəsi necə bitdi? - Yekun sərgi olacaq

“Doğma diyar” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

Dekabrın 19-da Bakı Xətai Sənət Mərkəzində elan edilən “Doğma diyar” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

Uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, eləcə də vətənə məhəbbət hisslərini aşılamaq məqsədilə keçirilən müsabiqəyə 700-dək uşaq, 1800 əsəri ilə qatılıb. Sərgidə 12 yaşa qədər 165 uşağın 170 işi və 12-17 yaşarası 135 uşağın 140 işi nümayiş ediləcək.

Sonda qaliblər diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.(Azərtac)

AzNews.az