- Mədəni adam
- 18 Dekabr 2018 12:09
- 6 996
Nurəngiz Günün 80 illik yubileyi keçiriləcək
Yubiley tədbiri Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilib.
Dekabrın 19-da saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında şairə Nurəngiz Günün 80 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
AzNews.az-ın məlumatına görə, yubiley tədbiri Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilib.
Tanınmış ədəbiyyat və incəsənət xadimlərinin qatılacağı tədbirdə Nurəngiz Günün həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına töhfələrindən danışılacaq.
Həmçinin, sevilən müğənnilərin ifasında musiqilər səsləndiriləcək.
AzNews.az