Bu barədə yazıçı özü saytımıza danışıb Bu barədə yazıçı özü saytımıza danışıb

Varis Rusiyada ilin yazıçısı oldu

Bu barədə yazıçı özü saytımıza danışıb

Yazıçı Varis Rusiyanın nüfuzlu “Rossiyskiy kolokol” ədəbiyyat jurnalının versiyası üzrə “İlin yazıçısı” elan olunaraq 2018-ci il Rusiya ədəbi mükafatına layiq görülüb.

Bu barədə AzNews.az-a yazıçı özü məlumat verib.

O, bildirib ki, diplom və laureat medalı ilə təltif olunub: “2019-cu ildə isə romanlarımdan biri yüksək tirajla "Rossiyskiy kolokolun kitabxanası" seriyasından çap olunacaq”.

Qeyd edək ki, "Rossiyskiy kolokol" hazırda Rusiyanın ən yüksək tirajla çıxan ədəbiyyat jurnalıdır (20000 nüsxə). İl ərzində jurnalın bir neçə kağız və elektron almanaxları da işıq üzü görür. Jurnal Rusiya ilə yanaşı, Almaniya, Fransa, İsrail, İspaniya, Bolqarıstan, Serbiya və s. ölkələrdə yayılır, Böyük Britaniyada isə ingilisdilli variantı çap olunur.

"Rossiyskiy kolokol"un baş redaktoru həm də "Literaturnaya qazeta"nın baş redaktoru Mixail Zamşevdir.

AzNews.az