- Mədəni adam
- 24 Dekabr 2018 12:45
- 3 883
Əliağa Vahidə həsr edilmiş konsert olub - Muğam Mərkəzində
Klassik şairlərin əsərlərinin təqdimatı davam edəcək
Beynəlxalq Muğam Mərkəzində tanınmış qəzəlxan Əliağa Vahidin yaradıcılığına həsr olunmuş konsert proqramı təşkil olunub.
AzNews.az-ın məlumatına görə “Qəzəllər” layihəsi çərçivəsində təşkil olunan konsertdə Əməkdar artist Ehtiram Hüseynov və Azərbaycan Televiziyası və Radiosunun solisti Kamilə Nəbiyeva çıxış ediblər.
Qeyd edək ki, Muğam Mərkəzinin “Qəzəllər” layihəsi tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış dahi Azərbaycan klassik şairlərinin əsərlərinin təqdim edilməsi ilə davam edəcək.
AzNews.az