Musiqili Teatrın direktoru Milli Mükafata layiq görüldü - FOTO

"Bu təkcə mənim yox, bütün kollektivimizin əməyinə verilən qiymətdir”

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev “E-Media Group”u təsis etdiyi “Şəms” Milli Mükafatına laqyiq görülüb.

AzNews.az-ın məlumatına görə mukafat Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən Cümhuriyyətimizin 100 illiyinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş təntənəli mərasimdə nominantlara təqdim edilib.

Ə.Lalayev bu barədə deyib: “Çox sevincliyəm, mükafatın böyüyü-kiçiyi olmur, əsas odur ki, insanlar sənin əməyinə, yaradıcılığına dəyər verirlər. Bu mükafat mənim üçün ona görə qiymətlidir ki, təsisçiləri də, təqdim edənləri də tamaşaçılardır. Onların bu diqqəti isə bizə ikiqat sevinc gətirir. Hesab edirəm ki, bu təkcə mənim yox, bütün kollektivimizin əməyinə verilən qiymətdir”.

AzNews.az

image description