“CinemaPlus”da “Qar yarışları” Azərbaycan dilində - VİDEO

Film Azərbaycan dilinə dublyaj edilib

“CinemaPlus” kinoteatrlar şəbəkəsi “Qar yarışları” animasiya filminin Azərbaycan dilində nümayişlərinə başlayıb.

AzNews.az-ın məlumatına görə Kanada istehsalı olan film “Cinemazadeh” studiyasında dublyaj edilib.

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissoru Rövşən Məmmədli, səs operatoru Vüsal Abdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşnı Rüfət Kərimzadə, icraçı prodüseri Emil Davudzadə, baş prodüseri Cəfər Axundzadədir.

Animasiya filmini səsləndiriblər: İslam Mehrəliyev, Əlixan Rəcəbov, Kəmalə Piriyeva, Mətanət Abbaslı, Vüsal Məmmədov, Azadə Abbasova, Nəzakət Məmmədli, Elnur Hüseynov, Rəhim Rəhimov, Rövşən Məmmədli və Aytac Rəhimova.

Cizgi filminin rejissoru Benua Qodbutdur.

AzNews.az

image description