- Mədəni adam
- 3 Yanvar 2019 13:07
- 3 004
Mədəniyyət Nazirliyinin sistemində yeni təyinat
Mədəniyyət Nazirliyinin tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yaradılıb.
AzNews.az-ın məlumatına görə yeni qurum Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzləri ləğv edilərək, onların əsasında yaradılıb.
Yeni təsis olunan müəssisəyə siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev təyin olunub.
AzNews.az