- Mədəni adam
- 3 Yanvar 2019 15:41
- 3 028
Argentina yazıçısının romanı Bakıda çap olundu - “Bir damcı bəxt”
Kitab ana ilə oğul arasında yaşanan mürəkkəb münasibətlərdən bəhs edir
Argentina yazıçısı Klaudia Pineironun “Bir damcı bəxt” romanı işıq üzü görüb.
AzNews.az-ın məlumatına görə kitab Argentina səfirliyi ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin birgə layihəsi kimi işıq üzü görüb.
Roman Marianın acı taleyindən, ana və oğul arasında yaşanan mürəkkəb münasibətlərdən bəhs edir.
Azərbaycan dilində ilk dəfə işıq üzü görən əsəri orijinaldan Emin Ələsgərov tərcümə edib. Redaktoru Nəriman Əbdülrəhmanlıdır.
Kitab Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Tərcümələrə dəstək üzrə “Sur (Cənub)” Proqramı çərçivəsində ərsəyə gətirilib.
AzNews.az