- Mədəni adam
- 3 Yanvar 2019 16:17
- 3 513
Gənc Tamaşaçılar Teatrı ötən ili uğurla başa vurub
“Don Kixot” tamaşası teatrın ən uğurlu işlərindən oldu”
Ötən mövsüm Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı üçün məhsuldar olub.
Bu barədə AzNews.az-a teatrın mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva məlumt verib.
O, bildirb ki, ötən il Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi keçirilib: “Yubiley təntənəsinə hazırlıq, yeni əsərlərin repertuara daxil edilməsi, ölkə başçısının Sərəncamı ilə bir sıra əməkdaşlarımızın fəxri adlarla təltif edilməsi və bu kimi hadisələr 2018-ci ili teatrımızın həyatında yaddaqalan ilə çevirdi. Tamaşaçılarımız teatrın repertuarına son dərəcə maraqla yanaşırlar. Belə ki, Əməkdar artist Nicat Kazımovun quruluşunda hazırlanan “Bremen musiqiçiləri” və baş rejissor Bəhram Osmanov tərəfindən quruluş verilən “Don Kixot” tamaşası teatrın ən uğurlu işlərindən oldu”.
P.Nurliyeva ötən ilin əlamətdar hadisəsi kimi yubiley tamaşasını da xüsusi vurğulayıb: “Yubiley tədbirimizdə teatrımızın 90 ildə keçdiyi yola baxış sərgiləndi. Vaqif Əsədovun quruluşunda hazırlanan yubiley tədbirində ölkənin, xalqın taleyi ilə sənətin taleyi paralel göstərildi”.
Teatrın 2019-cu il üçün repertuar planlarını vaxtından əvvəl açıqlamağı məqbul hesab etməyən P.Nurəliyeva yalnız onu bildirib ki, növbəti ildə E.Şmidtin “Tanrıya 14 məktub” əsərinin Nicat Kazımovun quruluşunda tamaşaya qoyulması planlaşdırılır.
AzNews.az