Onun nə dediyi açıqlanmasa da... Onun nə dediyi açıqlanmasa da...

Leonardo Di Kaprio gizli izahat verib

Onun nə dediyi açıqlanmasa da...

Oskar mükafatına layiq görülən aktyor Leonardo Di Kaprionun Malayziyadakı korrupsiya istintaqına kömək etmək üçün ABŞ məhkəməsində izahat verdiyi deyilir.

AzNews.az xəbər verir ki, məşhur aktyor, keçən ayların birində ABŞ Ədliyyə Nazirliyinin rüşvətxorluqla bağlı 1MDB istintaqına kömək etmək üçün Vaşinqtondakı məhkəməyə gizlicə ifadə verib.

Jurnalistlərə danışan nazirliyin əməkdaşları Di Kaprionun nə dediyini açıqlamayıb, lakin bir müddətdir aktyorun onlara və məhkəməyə ədalətin öz yerini tapmağı üçün kömək etdiyini deyiblər.

Qeyd edək ki, istintaq çərçivəsində axtarılan fərari iş adamı Lou Taek Conun, Leonardo Di Kaprioun vəqfinə Malayziyadakı fondlardan oğurladığı pulları bağışladığı deyilir.

Pərvanə Ağazadə
AzNews.az