“Azadlıq aşiqləri günü - 20 Yanvar”... “Azadlıq aşiqləri günü - 20 Yanvar”...

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərgi keçiriləcək

“Azadlıq aşiqləri günü - 20 Yanvar”...

Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

AzNews.az-ın verdiyi məlumata görə, yanvarın 18-də reallaşacaq sərgi Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Qeyd edək ki, müsabiqədə seçim iki yaş kateqoriyası üzrə - 12 yaşa qədər və 12-17 yaş arası aparılıb.

AzNews.az