Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır. Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.

“İntizar” operası nümayiş olunub

Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.

Akademik Opera və Balet Teatrının səhnəsində Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası olub.

AzNews.az-ın məlumatına görə tamaşa 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilib.

Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.

Tamaşanın dirijoru, Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru isə, Əməkdar incəsənət xadimi Hafiz Quliyev olub.

Səhnədə baş verən faciəli hadisələri İnarə Babayeva (zərif Mələk), Fərid Əliyev (Coşğun Arif), Əkrəm Poladov (alicənab Seyid kişi), Qərinə Kərimova (ailənin anası, sədaqətli və qayğıkeş Əsli) bütünlüklə dərindən hiss edərək öz opera obrazlarını yaradıblar.

F.Əlizadənin “İntizar” operası yazıldığı 2007-ci ildən bir neçə dəfə dəyişdirilib: opera, həmçinin konsert ifası formasında (dirijor – Xalq artisti Fəxrəddin Kərimov), Heydər Əliyev Sarayının səhnəsində tanınmış opera rejissoru, Rusiyanın Xalq artisti Dmitri Bertmanın rəngarəng əfsanəvi təqdimatında da nümayiş etdirilib.

Son versiya əsasında film-opera akademik Nərgiz Paşayevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun layihəsi əsasında yaradılıb. Azadlıqsevər Azərbaycan xalqının faciəli və unudulmayan tarixi səhifələrinə həsr edilən “İntizar” operasının bu müxtəlif interpretasiyaları bir daha əsərin hələ də tükənməyən yaradıcı potensialını nümayiş etdirir.

AzNews.az