4 mükafat qazanan film qalib ola bilmədi. 4 mükafat qazanan film qalib ola bilmədi.

İlin ən yaxşı filmi seçildi - Londonda

4 mükafat qazanan film qalib ola bilmədi.

London kino tənqidçiləri cəmiyyəti "İlin ən yaxşı filmi"nin adını açıqlayıb.

AzNews.az xəbər verir ki, bu barədə cəmiyyətin rəsmi saytında məlumat yayılıb.

London kino tənqidçilərinin seçiminə görə, ilin ən yaxşı filmi Alfonso Kuaronun rejissorluğu ilə çəkilən "Roma" dramıdır. Həmçinin, tənqidçilərin fikrincə, ilin ən yaxşı rejissoru da Kuarondu.

Halbuki, Yorqos Lantimosun "Favorit" filmi 10 kateqoriyada namizəd olub, 4 mükafat qazanıb. Emma Stounun baş rolda çəkildiyi qara komediya "İlin ən yaxşı Britaniya/İrlandiya filmi" və "Ən yaxşı ssenari" mükafatını alıb. Oliviya Koulman ən yaxşı aktrisa, Reyçel Vays ən yaxşı ikinci plan aktrisası adını aldı.

İlin ən yaxşı aktyoru adı isə İtan Houka qismət oldu. O, Pol Şrederin "Keşişin gündəliyi" filmində Ernst Toller obrazını canlandırıb.

Ən yaxşı ikinci plan aktyoru isə Riçard Qrant seçilib. O, Mariel Hellerin "Məni bağışlaya bilərsinizmi" filmində rol alıb.

Xarici dildə ən yaxşı film isə Pavel Pavelikovskinin "Soyuq müharibə" filmi seçilib.

Fəridə Abdulla

AzNews.az