- Mədəni adam
- 24 Yanvar 2019 12:26
- 3 559
Əməkdar artistə ağır itki: "Həyatımın şokunu yaşadım"
"Dünən axşam həyatımın şokunu yaşadım"
Musiqili Teatrın aktyoru, əməkdar artist Əzizağa Əzizova ağır itki üz verib.
AzNews.az xəbər verir ki, aktyorun anası Xədicə Əzizova yanvarın 23-də axşam saatlarında dünyasını dəyişib.
Əzizağa Əzizov anasının xəstə olduğunu dedi: "Xəstəydi. Gətirmişdim Bakıya ki, müalicə olunsun. Dava-dərman edildi. Vəziyyəti yaxşı idi. Dünən axşam həyatımın şokunu yaşadım. Anam qəfildən getdi...İndi Hacıqabul rayonundayıq. Qəbiristanlıqdayıq, onu dəfn edirik..."
Bahar RÜSTƏMLİ
AzNews.az