- Mədəni adam
- 24 Yanvar 2019 16:44
- 4 149
Akif Səmədə həsr olunmuş film təqdim edildi - FOTO
Filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədovadır
“Arb Aran” media şirkətinin “Aranfilm” yaradıcılıq mərkəzi “Ölüm nəmənədir” adlı növbəti filmini Qazaxda təqdim edib.
AzNews.az-ın məlumatına görə, film mərhum şair Akif Səmədin 60 illik yubileyinə həsr edilib.
Qazaxın Astanbəyli kəndində dünyaya göz açmış şairin həyat və yaradıcılığından bəhs edən filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədova, operatoru Rafiq Əliyev, montajçısı Habil Muğanlı, prodüseri Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, baş prodüseri İqbal Məmmədəliyevdir. Filmin ideya müəllifi şairin dostu rəssam Nəvai Metindir.
Aznews.az