- Dünyanın halı
- 15:56
- 1 438
Rusiya müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülh sazişi istəyir
Rusiya Ukraynadakı döyüşlərin dayandırılmasına dair danışıqlarda müvəqqəti atəşkəs əvəzinə uzunmüddətli sülh sazişinə nail olmaq istədiyini bildirib.
Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırıb. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putin 60 günlük atəşkəslə razılaşacağı təqdirdə Ukraynada seçkilərin keçirilə biləcəyi ilə bağlı açıqlamasını şərh edib.
Rusiyanın münaqişənin başa çatdırılmasına dair mövqeyinin dəyişmədiyini vurğulayan Peskov deyib:
“Biz atəşkəs deyil, uzunmüddətli sülh istəyirik və bunun üçün mümkün olan hər şeyi etməyə hazırıq”.
Mövsüm,
AzNews.az