Çin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli təşəbbüslərini dəstəkləyir

Çin Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə töhfə verən istənilən təşəbbüsü dəstəkləyir. Bunu oktyabrın 12-də Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bəyan edib.

Çin Xarici İşlər Nazirliyi bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın Moskva ilə Kiyev arasında enerji atəşkəsi ilə bağlı sözlərini şərh edərkən verib.

“Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və aydındır. Biz həmişə hesab etmişik ki, dialoq və danışıqlar böhranın həlli üçün yeganə real yoldur. Sülhə töhfə verən bütün səyləri dəstəkləyirik”, – deyə diplomatın sözlərini “Global Times” qəzeti sitat gətirib.

Mövsüm,
AzNews.az