Almaniya Aİ ölkələrini səhiyyə sistemlərini müharibə şəraitinə hazırlamağa çağırıb

Almaniyanın səhiyyə naziri Karsten Linneemann Avropa İttifaqına (Aİ) üzv ölkələri səhiyyə sistemlərini müharibə dövründə yarana biləcək böhranlara hazırlamağa çağırıb. Bu barədə oktyabrın 12-də “Rapporteur” portalı məlumat yayıb.

Nazirin fikrincə, mövcud şəraitdə səhiyyə siyasəti ümumi təhlükəsizlik siyasətinin ayrılmaz hissəsinə çevrilib. Linneemann qeyd edib ki, Aİ ölkələri əhalini və tibbi infrastrukturu potensial təhdidlərə daha səmərəli hazırlamaq üçün Ukraynadakı münaqişədən nəticə çıxarmalıdırlar.

Nazir həmçinin bildirib ki, Almaniya hökuməti səhiyyə sisteminin dayanıqlılığını gücləndirməyə yönəlmiş qanun layihəsi hazırlayır. Təşəbbüs informasiya-kommunikasiya sistemlərinin qorunmasını, tibb işçilərinin hazırlığının təkmilləşdirilməsini, dərman və tibbi avadanlıqların təchizat zəncirlərinin sabitliyinin təmin edilməsini nəzərdə tutur.

Bundan əlavə, sənəddə ittifaqa üzv ölkələr arasında sərhədlərarası əməkdaşlığın daha da gücləndirilməsi məsələləri də əksini tapacaq.

Mövsüm,
AzNews.az