Sanki qorxulu filmdir... Sanki qorxulu filmdir...

Maykl Cekson uşaqları zorlayıb! - Tamaşaçılar şokda

Sanki qorxulu filmdir...

ABŞ-da Sundance film festivalı çərçivəsində pop-kral Maykl Cekson barədə "Leaving Neverland" (Neverləndi tərk etmək) adlı sənədli filmi təqdim olunub.

AzNews.az xarici KİV-ə xəbər verir ki, film 2 şəxsin - Ueyd Robson və Ceymson Seyfçakın xatirələri əsasında çəkilib. Onlar hələ uşaq ikən Maykl Ceksonun rəqs qrupunda çıxış edirdilər.

Dörd saatlıq sənədli filmdə bu 2 şəxs hələ uşaq ikən müğənni tərəfindən zorlandığı barədə danışıblar. Onlar iddia edirlər ki, bütün bunlar Maykl Ceksonun Neverland-dəki rançosunda baş verib.

Filmin nümayişi ərzində tamaşaçılar çətinliklə öz nifrətini gizlədirdilər. Onlar sanki dəhşətli, qorxunc bir süjetə tamaşa ediblər.

Xatırladaq ki, Maykl Cekson uzun illər pedofiliya ilə bağlı ittihamları rədd edib. 2005-ci ildə məhkəmə ona bəraət verib.

Fəridə Abdulla
AzNews.az