Serb dilindən professor Cəlil Nağıyev tərcümə edib Serb dilindən professor Cəlil Nağıyev tərcümə edib

“Drina körpüsü” romanı ilk dəfə Azərbaycan dilində

Serb dilindən professor Cəlil Nağıyev tərcümə edib

Görkəmli serb yazıçısı İvo Andriçin (1892–1975) “Drina körpüsü” kitabı işıq üzü görüb.

AzNews.az-ın məlumatına görə, kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən nəşr olunub.

Roman – Osmanlı İmperiyasının böyük vəziri, əslən bosniyalı Sokollu Mehmet paşanın orta əsrlərdə Bosniyanın ucqar vilayətlərindən birində – Vişeqradda, dağ çayı Drina üzərində saldırdığı nadir və möhtəşəm körpünün dörd əsrdən artıq zaman kəsiyində başına gələnlərdən, ətrafında baş verən hadisələrdən, həyatları birbaşa bu körpü ilə bağlı olan insanların taleyindən, o dövrlər bu mahalda yaşayan müsəlmanların, serblərin və yəhudilərin məişətindən, ağrı-acılarından bəhs edir.

Roman 1961-ci ildə yazıçıya Nobel mükafatı qazandırıb.

Kitabı serb dilindən professor Cəlil Nağıyev tərcümə edib.

AzNews.az