"İki il insana bəzən 20 il, bəzən də 2 gün kimi gəlir" "İki il insana bəzən 20 il, bəzən də 2 gün kimi gəlir"

"Yoxluğun məni qocaltdı..." - Şahin Zəkizadənin ölümündən iki il ötür

"İki il insana bəzən 20 il, bəzən də 2 gün kimi gəlir"

Azərbaycanlı senarist və rejissor Şahin Zəkizadənin vəfatından iki il ötür.

AzNews.az xəbər verir ki, prodüser Aqil Adiloğlu mərhum Şahin Zəkizadəni xatırlayıb. O, rejissorun ölümü ilə barışmadığını qeyd edib:

“Aramızdan köçdüyün 2 il oldu. Bu iki il insana bəzən 20 il, bəzən də 2 gün kimi gəlir. Amma sənin yoxluğun məni qocaltdı, qardaşım. Allah sənə rəhmət eləsin”.

Qeyd edək ki, rejissor Şahin Zəkizadə 2017-ci ildə 38 yaşında dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Bahar RÜSTƏMLİ
AzNews.az