- Mədəni adam
- 28 Fevral 2019 10:52
- 7 976
Mənsum İbrahimov İrana getdi - Konsert olacaq
Azərbaycan, İran və Əfqanıstandan olan musiqiçilər çıxış edəcəklər
Xalq artisti Mənsum İbrahimov İran İslam Respublikasında konsert verəcək.
Bu barədə AzNews.az-a xanəndənin özü məlumat verib. Onun sözlərinə görə, fevralın 28-də İranın Tehran şəhərində konfrans keçiriləcək:
“Həmin tədbirə 3 ölkə - Azərbaycan, İran və Əfqanıstanın nümayəndələri qatılacaq. Tədbirdə Azərbaycanı mən və rəhbərlik etdiyim ansambl təmsil edəcək. Konfransdan sonra isə böyük bir konsert proqramı olacaq”.
Bahar RÜSTƏMLİ
AzNews.az