Ahmet Kayanın həyatı filmə çəkilir

Filmin çəkilişləri Paris şəhərində başlayıb.

Türkiyənin məşhur müğənnisi Ahmet Kayanın həyatı haqda film çəkilir. “Ahmedo İki Gözüm” adlı film sənətçinin 19-cu ölüm ildönümündə, noyabrın 16-da 27 ölkədə ekranlara gələcək.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, filmin çəkilişləri Ahmet Kayanın 16 noyabr 2000-ci ildə öldüyü Paris şəhərində başlayıb.

Həmçinin Malatya və İstanbulda çəkiləcək filmin rejissoru iranlı Adnan Osman Shanazdır.

Filmdə Ahmet Kayanı kimin canlandırdığı sirr olaraq qalır.

Səidə Vahid

AzNews.az