O, 1971 və 2009-cu illərdə Pulitser mükafatına layiq görülüb. O, 1971 və 2009-cu illərdə Pulitser mükafatına layiq görülüb.

ABŞ-ın tanınmış şairi vəfat etdi - 92 yaşında

O, 1971 və 2009-cu illərdə Pulitser mükafatına layiq görülüb.

ABŞ-lı şair, iki dəfə Pulitser mükafatı laureatı Uilyam Mervin həyatının 92-ci ilində Havay adalarındakı evində vəfat edib.

Bu barədə “The New York Times” qəzeti “Copper Canyon Press” nəşriyyatının mətbuat katibinə istinadla məlumat yayıb.

U.Mervin ABŞ-ın ən böyük şairlərindən biri sayılırdı. O, 1971 və 2009-cu illərdə Pulitser mükafatına layiq görülüb. 2010-2011-ci illərdə ABŞ-ın laureat şairi adlandırılıb.

U.Mervin öz ilk şeirlər toplusunu 20 yaşından sonra çap etdirib. Yaradıcılıq həyatı boyu onun təqribən 30 şeir toplusu, o cümlədən Dante Aliqyeri, Pablo Neruda, Osip Mandelştam və digər dünya şöhrətli şairlərin əsərlərindən tərcümələri nəşr olunub. (AZƏRTAC)