Qeybdən səslər eşitməyə başlayıram. Qeybdən səslər eşitməyə başlayıram.

İntihar edən yazıçıların son qeydləri

Qeybdən səslər eşitməyə başlayıram.

Dünya ədəbiyyatının bəzi nümayəndələri yaşadığı psixoloji və mənəvi sarsıntı səbəbindən öz həyatlarına son qoyub.

AzNews.az həmin yazarların intihar etməzdən öncə yazdığı məktubları sizə təqdim edir:

Romen Qari – fransız yazar və ssenarist. Həyat yoldaşının ölümündən sonra intihar edən Qari bu qeydi yazmışdı: “Çox əyləndim, salamat qalın və təşəkkürlər!”

Kristina Çabbak – ABŞ yazıçısı. Canlı yayımda intihar edərkən bu sözləri demişdi: “Və indi kanal 40-ın sizə hər zaman ən son şiddət xəbərlərini göstərdiyi yayım siyasətinə sadiq qalaraq bir ilki göstərmək üzərəyəm...”

Sergey Yesenin – rus şairi. İngiltərədə otel otağında özünü asmazdan öncə öz qanı ilə Mayakovskiyə yazdığı şeir tapıldı: “Salamat qal, dostum, salamat qal. Ayrılmağımız da bir tale. Çox keçmədən bir araya gələcəyimiz də. Salamat qal, əl sıxışmağa gücüm yox. Kədərlənmək, qaş çatmaq yox. İndi ölmək yeni bir şey deyil. Çünki, yaşamaq da yeni deyil”

Çarlotte Perkins Gilmen – ABŞ yazıçısı. İntihar hüququ olduğunu müdafiə edərək bu qeydləri yazdı: “İnsan artıq bir işə yaramadığında, qaçılmaz və yaxın bir ölümdən əmin olduğunda, yavaş və faciəvi bir ölüm yerinə sürətli və asan bir ölüm seçmək ən sadə insan hüquqlarından biridir. Mən bunu seçdim”

Robert Hovard – ABŞ yazıçısı. “Hər kəs qaçdı – hər şey bitdi, elədirsə, məni odun alovunun üstünə qoyun: festival bitdi və işıqlar söndü…”

Vaçel Lindsey – ABŞ şairi. O, intihardan əvvəl belə yazıb: “Məni haqlamağa çalışdılar, fəqət mən daha öncə davrandım!”

Yuiko Muşima – yapon roman ustası. O, yapon ordusunun höküməti devirdiyini zənn edərək intihar etdi, intihardan öncə izdiham içinə çıxaraq bağırdı: “Əlahəzrət çox yaşa!”

Virciniya Volfingilis yazıçı. İllər əvvəl keçirdiyi əsəb sarsıntısının təkrarlanacağından qorxaraq intihar edən Volf həyat yoldaşına bu notu buraxdı: “Sevdiyim, yenidən havalanacağımdan əminəm. Hiss edirəm ki, o qorxunc anların daha birini adlaya bilməyəcəyik. Və bu dəfə sağalmayacağam. Qeybdən səslər eşitməyə başlayıram. Buna görə ən yaxşısı kimi görünən şeyi edirəm"

Cavidan Mirzəzadə

AzNews.az