Vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. Vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

Bu televiziyanın keçmiş əməkdaşları telekanal adından sui-istifadə edir - AÇIQLAMA

Vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

"ARB 24" telekanalının adından və loqotipindən istifadə etməklə, sosial şəbəkələrdə icazəsiz saxta səhifələr yaradan, ünvan kimi kanalın faktiki ünvanını qeyd edən şəxslərin sayı artıb.

Bu haqda məlumatı AzNews.az-a ARB televiziyasından veriblər.

Məlumata görə, belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Araşdırmalar nəticəsində bu hesabları "ARB 24"dən qovulmuş əməkdaşların idarə etdiyi müəyyən edilib.

Məsələ ilə bağlı "ARB 24"ün mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli açıqlama verib:

"Həmin səhifə və profillərdə telekanala dair təhrif olunmuş yanlış məlumatlar, telekanala aid olmayan materiallar, vəzifəli şəxslərə qarşı "qara piar" xarakterli məlumatlar paylaşılır. Bununla yanaşı, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır, sosial şəbəkə izləyiciləri bu cür hesabları doğru bilib, telekanal haqqında mənfi düşüncələrə qapılır və yanlış məlumatlarla digər izləyiciləri də saxtakarlığa sövq edirlər".

Qeyd edək ki, qısa müddət ərzində izləyicilərin böyük rəğbətini qazanan Azərbaycanın ilk və yeganə biznes xəbər kanalı "ARB 24" hər ötən gün daha çox tamaşaçı kütləsi toplamağı bacarır.

24 saat ərzində ölkə və dünya gündəmini, xüsusilə iqtisadi sahədə baş verən bütün yenilikləri tamaşaçılara təqdim edən telekanal həm də rəsmi "Youtube", "Facebook" və "İnstagram" sosial hesabları ilə də izləyicilərini daima məlumatlandırır.

AzNews.az