Filmin baş rolunu Amir Xan canlandıracaq. Filmin baş rolunu Amir Xan canlandıracaq.

Məşhur Hollivud filmi yenidən çəkiləcək

Filmin baş rolunu Amir Xan canlandıracaq.

6 Oskar mükafatı qazanan "Forrest Gump" filmi "Bollivud"da yenidən çəkiləcək.

AzNews.az xəbər verir ki, filmin baş rolunda məşhur hind aktyoru Amir Xan oynayacaq.

Yeni filmin adının "Lal Singh Chaddha" olacağı bildirilib.

Amir Xan filmlə bağlı bunları deyib:

"Paramountdan filmin haqlarını satın almışıq. Bu filmin ssenarisini həmişə xoşlamışam. Xarakter haqqında mükəmməl bir hekayəni əks etdirir".

Qeyd edək ki, filmin çəkilişləri bu ilin oktyabrında başlayacaq.

Cavidan Mirzəzadə

AzNews.az