Azərbaycanla YUNESKO arasında müqavilə imzalandı

Sənəd Əbülfəs Qarayev və Ernesto Ottone Ramirez imzalayıb.

Azərbaycan hökuməti ilə YUNESKO arasında iyunun 30-dan iyulun 10-dək Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanıb.

Nazirlikdən verilən məlumata görə, sənədi Azərbaycan kökuməti tərəfdən mədəniyyət naziri Əbülfəs Qarayev, YUNESKO tərəfdən isə baş direktorun müavini Ernesto Ottone Ramirez imzalayıb.

Sənəddə tədbirin təşkili ilə bağlı həm Azərbaycanın, həm də YUNESKO-nun vəzifə öhdəlikləri əks olunub. Bununla yanaşı, müqavilədə Komitədən əvvəl keçiriləcək Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun təşkili ilə bağlı məsələlər gostərilib.(report.az)

AzNews.az

image description image description