Merilin Monro haqqında serial çəkiləcək

Serial əsasən aktrisanın həyatının son vaxtlarından bəhs edəcək

XX əsrin seks simvollarından biri sayılan Merilin Monro haqqında serial çəkiləcək.

AzNews.az bildirir ki, BBC Merilin Monronun son aylarını ekranlara daşıyacaq serial üçün hazırlıqlara başlayıb. "The Last Days of Marilyn Monroe" adlanacaq serial Keit Bedmenin yazdığı "The Final Years of Marilyn Monroe: The Shocking True Story" adlı kitabından adaptasiya ediləcək.

Serial əsasən aktrisanın həyatının son vaxtlarından bəhs edəcək. Hollivuddan başqa həmçinin Bobby Kennedy kimi şəxslərlə qurduğu münasibətlərə yer veriləcək.

Serialın ssenarisini yazan Dan Sefton bildirib ki, Merilinin istəyi ciddiyə alınan bir aktrisa olmaq idi, onun studiya sistemini idarə edən güclərə qarşı apardığı mübarizə təəssüf ki, indi də davam etməkdədir.

Cavidan Mirzəzadə

AzNews.az