- Mədəni adam
- 6 Aprel 2019 11:58
- 5 995
"Xaç atası"nın rejissorundan yeni film
"Meqalopolis" filmində hadisələr Nyu-Yorkda baş verir
Frensis Ford Koppala uzun illərdir üzərində işlədiyi ssenarini artıq tamamlayıb.
"Xaç atası" və "Apokolipsis" kimi məşhur filmləri ilə tanınan rejissor uzun müddətdən sonra iddialı bir əsərlə geri dönür. Son illərdə öz imkanları ilə çəkdiyi "Tetro", "Twixt", "Distant Vision" kimi aşağı büdcəli filmlərlə izləyicilərin qarşısına çıxan Koppala "Meqalopolis"in çəkilişlərinə başlamağa hazırlaşır.
AzNews.az yeni filmi üçün ulduz aktyor heyəti qurmaq istəyən Koppala artıq bəzi məşhur aktyorlarla görüşüb. Hələ rəsmi bir müqavilə olmasa da, filmdə rol alacaq aktyorlardan birinin Cud Lou olduğu deyilir.
Koppala bu ayın sonunda "Tribeka Film Festivalı"na qatılacaq və "Apocalypse Now: Final Cut" filmini nümayiş etdirəcək.
Qeyd edək ki, "Meqalopolis" filmində hadisələr Nyu-Yorkda baş verir. Şəhərdə bir utopiya qurmaq istəyən və buna görə mübarizə aparan bir memarın hekayəsi danışılır.
Cavidan Mirzəzadə
AzNews.az