Hər yerə həyat yoldaşı ilə gedən muğam ifaçısı - "O zaman..."

Bu, mənim öz istəyimdir

Tanınmış muğam ifaçısı, AzTV-nin solisti Ayşən Mehdiyeva dünən doğum gününü qeyd edib. Bu əlamətdar günlə bağlı o, AzNews.az-ın suallarını cavablandırıb.

- Ayşən xanım, doğum gününüzü təbrik edirik. Maraqlıdır, özəl gününüzü necə keçirdiniz?

- Hər zamankı kimi ailə üzvlərimlə qeyd etdim. Həyat yoldaşım, valideynlərim, uşaqlar, qohumlarım və s. Çox dəbdəbəli doğum günü keçirməyi sevmirəm. Ailəmlə birgə olmaq mənə daha xoş oldu.

- Sənət dostlarınızı dəvət etməmisiniz...

- Xeyr.

- İlk təbriki kimdən aldınız?

- İlk olaraq həyat yoldaşım təbrik etdi, sonra atam və anam...

- Həyat yoldaşınız Ramin bəyin sizə hansı sürprizi oldu?

- Onu deyə bilmərəm (gülür).

- Sizi sənət dostlarınızdan kimlər təbrik etdi? Yaxud da təbrikini gözlədiyiniz, amma təbrik etməyən kimsə oldumu?

- Hər kəs təbrik etdi. Artıq sosial şəbəkədə hamı bilir ki, bu gün kimin doğum günüdür. Ona görə də çoxlu sayda təbrik mesajları aldım.

- Sizin üçün kimin təbriki kreativ oldu?

- Adətən təbriklər eyni oldu. Kreativ təbrik olmayıb (gülür). Əslində belə günlərdə, bayramlarda təbrik üçün hansısa şəkil göndərməyi sevmirəm. Onun yerinə təbrik mesajı yazmaq daha səmimi olur.

- Sizin üçün bu yaşın gözəlliyi və özəlliyi nədir?

- Özümü 20 yaşlı Ayşən kimi hiss edirəm. Ana olsam da xarakterim, xüsusilə də ərköyünlüyüm dəyişmir.

- Bəzi xanımlar yaşlandıqları üçün kədərlənirlər. Maraqlıdır, siz hansı hissləri keçirirsiniz?

- Yaş artdıqca düşünürsən ki, artıq bir il də keçdi. Adam hərdən yaş artdığı üçün stresə düşür. Amma 15 yaşın olanda nə zaman 22 yaşım olacaq və s. deyə düşünürsən. Həmin yaşa gəldikdə isə əksini düşünməyə başlayırsan.

- Bu yaşda sənətinizlə bağlı istədiyiniz nəticəni əldə etmisinizmi? AzTV-nin solistisiniz. Qarşıda hansı planlarınız var?

- Fərqli bir üslubda solo konsert verməyi düşünürəm. Konsertdə muğam, aşıq musiqisi olacaq. Hansı konsert salonunda edəcəyimi hələ ki, açıqlamaq istəmirəm.

- Deməli, bu yaşın hesabatı konsert olmalıdır...

- Bəli...

- Ailə üzvlərinizi mətbuatdan uzaq tutursunuz. Hər yerə həyat yoldaşınızla gedirsiniz. Bu, qısqanclıqla bağlıdır?

- Bəli. Demək olar ki, hər yerə həyat yoldaşımla gedirəm. O zaman rahat oluram. Bu, mənim öz istəyimdir.

Rəqsanə

AzNews.az

image description image description image description image description