VII Muğam Televiziya Müsabiqəsinin final həftəsi başladı

Finala qalan 7 iştirakçı xalq artisti və əməkdar artist tərəfindən qiymətləndiriliblər

Heydər Əliyev Fondunun dəstəyi, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən VII Muğam Televiziya Müsabiqəsinin final həftəsi başlayıb.

AzNews.az xəbər verir ki, 13 həftə öncə martın 12-də başlayan müsabiqə həftələrlə davam edən mübarizədən sonra nəhayət iyunun 15-də Heydər Əliyev Mərkəzində baş tutacaq final konserti ilə sona çatacaq.

Bu həftələr ərzində bir-birindən istedadlı gənc xanəndələr gözəl çıxışlar edərək xatirələrdə qalıblar. Finala qalan 7 nəfər isə Respublikamızın xalq və əməkdar artistləri tərəfindən qiymətləndirilən gənc xanəndələrdir. Onların adlarını və ballarını sizə təqdim edirik:

1. İlahə Rüstəmova – 795

2. Murad Rüstəmzadə - 794

3. Vəliş Mirzəyev – 794

4. Xəyal Hüseynov – 793

5. Zülfiyyə Cəbrayılzadə -792

6. Rəvan Qaçayev – 791

7. Faiq Əkbərov – 788

Müsabiqə iştirakçılarına bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayırıq.

Rəqsanə

AzNews.az

image description image description image description