Əməkdar artist Bəhram Bağırzadə AzTV ilə yollarını ayırıb Əməkdar artist Bəhram Bağırzadə AzTV ilə yollarını ayırıb

Bəhram Bağırzadə AzTV-dən niyə getdi?

Əməkdar artist Bəhram Bağırzadə AzTV ilə yollarını ayırıb

Şoumen dövlət kanalı ilə müqaviləsini ləğv edib, yeni layihəsini başqa kanalda işıqlandırmaq fikrindədir.

Mövzu ilə bağlı AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Bildirildi ki, B. Bağırzadənin layihəsinin dayandırılmasına səbəb sponsorun geri çəkilməsidir:

“Bəhram Bağırzadə ilə yeni layihənin baş tutmamasına səbəb sponsorun layihədən imtina etməsidir. AzTV ilə Əməkdar artist arasında hər hansı anlaşılmazlıq olmayıb. Hətta “Bəhram +” proqramının bir neçə buraxılışının çəkilişləri baş tutmuşdu. Lakin sponsorun geri çəkilməsi verilişin dayanmasına səbəb oldu. Bununla belə yeni mövsümdə daha kreativ layihələrlə görüşünüzə gələcəyik”.

Qeyd edək ki, Əməkdar artist media.az-a müsahibəsində kanalla olan müqaviləsini pozduğunu söyləmişdi.(qafqazinfo.az)

AzNews.az