Sağ ikən “öldürülən” məşhurlarımız... Sağ ikən “öldürülən” məşhurlarımız...

Özümü yaxşı hiss edirəm - Musa Yaqub danışdı

Sağ ikən “öldürülən” məşhurlarımız...

Bu günlərdə xalq şairi adına layiq görülən Musa Yaqubun iyulun 4-də vəfat etməsi ilə bağlı həm sosial şəbəkələrdə, həm də bir sıra mətbuat orqanlarında məlumat yayıldı. Lakin yayılan xəbərin ardınca şairin yaxın dostu, həmkarı Sabir Rüstəmxanlı məlumat yayaraq bildirdi ki, xəbərlər həqiqəti əks etdirmir. Bu barədə kult.az saytına danışan xalq şairi qeyd edib ki, Musa Yaqub hazırda özünü yaxşı hiss edir:

“İndicə xalq şairi Musa Yaquba zəng vurdum, səsi gur və sağlam idi. Musa Yaqub yenə ənənəvi sualını verdi: ”Bəs nə vaxt gəlirsən?" Məlum oldu ki, bu arada cəmi bircə dəfə tələsdiyimdən ona baş çəkmədən keçib Zaqatalaya getdiyimi bilir. “Bu istidə niyə oturmusan şəhərdə? Gəl bir dərdləşək” deyib məni tələsdirdi, “Müalicəyə getməliyəm, sonra gəlib məni tapmazsan” deyib güldü. Səsindən Babadağ havası vururdu. Babadağ durduqca bu səs də yaşayacaq..."

Musa Yaqubu ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın əməkdaşı xalq şairi Musa Yaqubun özü ilə əlaqə saxlayıb. Xalq şairi qeyd edib ki, sağlamlığı ilə bağlı vəziyyəti stabildir: “Yaxşıyam, nisbətən özümü yaxşı hiss edirəm. Hazırda İsmayıllının Buynuz kəndindəyəm və müalicəmi burada davam etdirirəm”.

Qeyd edək ki, Musa Yaqub uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkir. Ötən gün isə təzyiqinin yüksəlməsi səbəbindən xəstəxanaya müraciət edib və müayinələrdən sonra evə buraxılıb.

Xatırladaq ki, bundan əvvəl də bir neçə dəfə məşhur sənətkarlarımızın dünyasını dəyişməsi ilə bağlı məlumatlar yayılıb. Məsələn, tez-tez ölüm xəbəri yayılan məşhurlardan biri xanəndə Könül Xasıyevadır. Uzun müddətdir ki, sağlamlığında ciddi problemlər yaşayan xanəndənin dəfələrlə ölüm xəbəri yayılıb. Bir müddət bundan əvvəl də ölüm xəbəri yayılanda məlum olmuşdu ki, xanəndə deyil, onun xalası vəfat edib.

Sağ ikən ölüm xəbəri yayılan sənətkarlar sırasında əməkdar artist, sevimli aktrisamız Kübra Əliyevanın da adı var. Hər zaman olduğu kimi, sənətçini “öldürən” mətbuat olmuşdu. Aktrisa “Narahat olmayın, mən sağ-salamatam, kim, niyə bu xəbəri yayıb, bilmirəm” deyib barəsində yayılan yalan xəbərə öz etirazını bildirmişdi.

Arif Quliyev ile ilgili görsel sonucu

“Məni 5 dəfə ”öldürüb", 5 dəfə də dirildiblər". Bu sözləri isə xalq artisti Arif Quliyev barəsində yayılan ölüm xəbərlərinə münasibət bildirərkən deyib. Əslində aktyor haqlıdır, çünki dəfələrlə onun barəsində ölüm xəbəri yayılıb, sonradan isə həmin xəbərlər təkzib edilib.

Xalq artisti Naibə Allahverdiyevanın da 2017-ci ilin mart ayında saytların birində dünyasını dəyişdiyi xəbəri yayılmışdı. Xəbərdə Naibə xanımın gecə saatlarında səhhətinin pisləşməsinə görə xəstəxanaya aparıldığı və daha sonra isə dünyasını dəyişdiyi bildirilirdi.

azim Pişyari ile ilgili görsel sonucu

2017-ci ilin avqust ayında sosial şəbəkələrdə müğənni Nazim Pişyarinin dostları onun ölüm xəbərini yaymışdı.

murad dadaşov ile ilgili görsel sonucu

Xalq artisti, tanınmış teleaparıcı, MGP (M Group Production) şirkətinin prezidenti Murad Dadaşovun ölüm xəbəri isə sosial şəbəkələrdə yayılmışdı. Hansı səbəbdən bu cür məlumatın yayılması bəlli olmasa da, Murad Dadaşov elə sosial şəbəkədən buna münasibət bildirmişdi: “Ölüm xəbərini yazanların ailəsi ilə bahəm, Allah cəzalarını versin”.

Baloğlan Əşrəfov ile ilgili görsel sonucu

Tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfov da bir dəfə “öldürülüb”, “dirilib”. Xəbər saytlarından biri onun ölüm xəbərini yaysa da, üstündən bir az keçmiş məlumatı təkzib etmişdi. Müğənni onun barəsində yalan xəbəri yazanlara lənət yağdırmışdı: “Belə olmaz axı! Başı batsın o xəbəri yazanın. Bu insan kimdirsə düşmənçiliklə yayır bu xəbəri. Təxribatdır mənə qarşı. Başqa nə ola bilər ki? Əzizlərim, doğmalarım eşidib narahat olurlar”. (Musavat.com)