Teatr rəhbərliyi Şəbnəm Cəbrayılova 15 gün müddətində üzürsüz səbəbdən işə çıxmadığını deyir Teatr rəhbərliyi Şəbnəm Cəbrayılova 15 gün müddətində üzürsüz səbəbdən işə çıxmadığını deyir

Hamiləliyi pozulan aktrisa xalq artistindən dəstək istədi - Teatrda qalmaqal

Teatr rəhbərliyi Şəbnəm Cəbrayılova 15 gün müddətində üzürsüz səbəbdən işə çıxmadığını deyir

İrəvan Dövlət Azərbaycan Dram Teatrı sabiq aktrisa Şəbnəm Cəbrayılovanın işdən çıxarılması və hamiləliyinin pozulması ilə bağlı iddialarına aydınlıq gətirib.

AzNews.az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Teymur Bayramov bildirib ki, aktrisa dövlət müəssisəsinin iş rejimini bilərəkdən və qəsdən pozub:

“Sosial şəbəkədə İrəvan Teatrının aktrisası Şəbnəm Cəbrayılovanın qanunsuz olaraq işdən çıxarılmasına dair əsassız şaiyələr yayılmışdır. Bildiririk ki, aktrisa Şəbnəm Cəbrayılova 15 gün müddətində üzürsüz səbəbdən işə çıxmayıb. Rayonlara təşkil olunmuş qastrol səfərlərinə getməkdən heç bir üzürlü səbəb göstərmədən imtina edib. Bununla da o, dövlət müəssisəsinin iş rejimini bilərəkdən və qəsdən pozub. İşdən çıxarıldıqdan sonra guya hamilə olduğunu və işdən çıxarıldığına görə uşağını itirdiyini bildirən aktrisa Şəbnəm Cəbrayılova iddia etdiyi hamiləliyini və ya uşağını itirməsini təsdiq edən heç bir rəsmi sənədi teatra təqdim etilməyib”.

Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılova teatrdan çıxarıldığını iddia edir. Aktrisa hamilə olduğunu və işdən çıxarılması xəbərinin onun səhhətinə pis təsir etdiyini, bu səbəbdən də hamiləliyin pozulduğunu qeyd edib. O, bununla bağlı Xalq artisti Afaq Bəşirqızına müraciət edərək ondan dəstək istəyib.

Bahar RÜSTƏMLİ

AzNews.az