O, beyin insultu keçirib O, beyin insultu keçirib

Bakıda aktyorun səhhəti pisləşdi - Reanimasiya şöbəsinə yerləşdirildi

O, beyin insultu keçirib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanovun səhhəti pisləşib.

AzNews.az xəbər verir ki, aktyor beyin insultu keçirib.

Yaxınları onu təcili olaraq Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirib.

Həkimlər Məhərrəm Qurbanovun vəziyyətinin pis olduğunu açıqlayıblar.

Yaxınlarının sözlərinə görə, aktyora 3 gün vaxt qoyulub.

Bahar RÜSTƏMLİ

AzNews.az