- Mədəni adam
- 31 Avqust 2019 11:23
- 7 376
Aktrisa Valeri Harper vəfat etdi
80 yaşlı aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi
Amerika aktrisası Valeri Harper vəfat edib.
Rusiya mətbuatına istinadən verilən xəbərə görə, 80 yaşlı aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.
V. Harper “Meri Tayler Murun Şousu”, “Valeri” və başqa sitkomlardakı rollarına görə məşhurlaşmışdı.
Aktrisa karyerası boyu dörd dəfə “Emmi” mükafatına və bir dəfə “Qızıl Qlobus”a layiq görülüb. (APA)