Azərbaycan dilində söyüş söyən istifadəçilər sosial şəbəkələrdə blok olunmalıdır Azərbaycan dilində söyüş söyən istifadəçilər sosial şəbəkələrdə blok olunmalıdır

Çingiz Abdullayev: Şair və yazıçıları söyənlər AYB-dən çıxarılacaq

Azərbaycan dilində söyüş söyən istifadəçilər sosial şəbəkələrdə blok olunmalıdır

Xalq yazıçısı Çingiz Abdullayev sosial şəbəkələrdə söyüş söyən istifadəçilərin hesablarının bloklanması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təklif edib.

Xalq yazıçısı bu təkliflə Bakıda “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı tədbirdə çıxış edib.Onun sözlərinə görə, sosial şəbəkələrdə bəzi xarici dillərdə təhqir ifadələri yazılırsa, həmin ifadəni yazan istifadəçi blok olunur:

"Mən internetdən çox istifadə edirəm. İngilis dilində təhqir mənalı hər hansı bir söz sosial şəbəkədə yazılırsa, həmin profil 1-3 ay müddətinə blok olunur. Bu qayda rus dilində təhqir yazan sosial şəbəkə istifadəçilərinə tətbiq olunur. Görünür, Azərbaycan dilində olan təhqir sözləri isə nə Mark Zukkerbergə, nə də digərlərinə hələ də çatmayıb. Mən təklif edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan dilindən söyüş söyənlərin blok olunması üçün müvafiq bir qrup yaradılsın. Azərbaycan dilində söyüş söyən istifadəçilər blok olunmalıdır".

O bildirib ki, Azərbayan Yazıçılar Birliyi (AYB) şair və yazıçıları söyənləri üzvlükdən çıxarılması və onların üzvlüyə qəbul edilməməsi ilə bağlı qərar qəbul edib:

"Bu gün Azərbaycanda dünyadan köçən bütün xalq şairləri və xalq yazıçıları söyülüb təhqir olunurlar. Səməd Vurğundan tutmuş Mikayıl Müşviqə qədər. Sonda AYB ədibləri söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul etdi".Xalq yazıçısı əsərlərinin Ermənistana qədər yayılmasından da danışıb: "Mənim kitablarımı ermənilər də oxuyur. Hətta əsərlərim Xankəndidə də, İrəvanda da satılır. Ermənilər mənə feysbukda yazırlar, mən də onlara cavab verirəm". (Report)