Azərbaycan rəqsləri Ankarada təqdim olundu - VİDEO

“Sarı gəlin” və “Ağ çiçək” mahnıları əsasında rəqs təqdim edilib

"Anka Azərbaycan rəqs və sənət klubu" yeni bir layihəsini təqdim edib.

Klubun rəhbəri Dərya Akdəmir AzNews.az-a açıqlamasında bildirib ki, layihə Türkiyə Səhiyyə nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib.

“Klub bu dəfə dərnəyin üzvlərinin ifasında Azərbaycanın xalq mahnısı “Sarı gəlin” və mərhum bəstəkar Emin Sabitoğlunun “Ağ çiçək” mahnıları əsasında rəqs təqdim edib. Hər iki ifaya özüm quruluş vermişəm”- deyə Dərya Akdəmir qeyd edib.

O vurğulayıb ki, hazırda sözləri və musiqisi ona məxsus olan “Mən Qarabağı istəyirəm" adlı marş üzərində işləyir.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description image description